Hüseyn Cavidə həsr olunmuş "Yarasaların gözünü kor edən" kitabının təqdimatı və fərdi sərgisi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 26 oktyabr 2023-cü il tarixində saat 15:00-da görkəmli dramaturq, şair, filosof Hüseyn Cavidin anım gününə, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının əməkdaşı, müəllimi gənc rəssam Fidan Cəfərovanın ədibə ithaf etdiyi “Yarasaların gözünü kor edən” kitabının təqdimatına və sərgisinə həsr olunmuş tədbir keçirilib.
Anım günündə Cavid irsi ətrafında söhbət aparılıb, tədqiqatçı alimlər dramaturqun əsərləri və tamaşaya qoyulmuş pyesləri ilə bağlı çıxışlar edib, eyni zamanda kitabın ərsəyə gəlməsi ilə əlaqədar müəllifin və rəyçilərin fikirləri dinlənilib. Tədbir çərçivəsində muzeyimizin fondunda qorunan və Hüseyn Cavid yaradıcılığını əks etdirən eksponatlardan ibarət videoçarx nümayiş olunub, şairin şeirləri səsləndirilib, həmçinin Fidan Cəfərovanın Cavid mövzusunda rəsmləri sərgilənib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Əməkdar rəssam Vüqar Əliyev, Xalq artisti Məmmədsəfa Qasımov, rəssam Səmədağa Cəfərov və heykəltaraş Kamran Əsədov çıxış edərək gənc rəssamı təbrik etdilər.
Auditoriya incəsənət xadimləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqları, muzey əməkdaşları və media nümayəndələrindən ibarət idi.
Sonda xatirə şəkilləri çəkilib.
26 октября 2023 года в 15:00 в Азербайджанском Государственном Музее Театра им. Джафара Джаббарлы состоялось мероприятие, посвященная ко дню памяти выдающегося драматурга, поэта, философа Гусейна Джавида, а также выставка и презентации книги “ Ослепляющий летучих мышей ” юной художницы Фидан Джафаровой.
В день памяти прошла беседа, на которой обсуждалось наследие Джавида, ученые - исследователи выступили с речами о творчестве драматурга и поставленных пьесах, а также заслушали мнения рецензентов и автора относительно создания книги. В рамках мероприятии был продемонстрирован видеоролик с экспонатами, которые хранятся в фонде нашего музея и отражают творчество Гусейна Джавида. Прозвучали стихи поэта, а также были показаны картины Фидана Джафаровой на тему Джавида.
На мероприятии выступили доцент кафедры истории и теории изобразительного искусства Азербайджанского государственного университета культуры и искусств, доктор философии по искусствоведению Севиль Керимова, заслуженный художник Вугар Алиев, Народный артист Мамедсафа Гасымов, художник Самедага Джафаров и скульптор Камран Асадов.
Аудитория состояла из деятелей искусства, преподавателей Азербайджанского государственного университета культуры и искусств, сотрудников музея и представителей СМИ.
В заключение дня были сделаны памятные фотографии.
On October 26, 2023 at 15:00 at the Azerbaijan State Theatre Museum named after Jafar Jabbarli, an event was held, dedicated to the memorial day of the outstanding dramatist, poet, philosopher Huseyn Javid, as well as the presentation and exhibition of the book “Blinding the eye of bats” dedicated to writer by the young artist Fidan Jafarova.
On the memorial day, a conversation was held about Javid’s legacy, research scientists gave speeches about the dramatist’s works and staged plays, and at the same time, the opinions of the author and reviewers were heard regarding the creation of the book. Within the framework of the event, a video clip of the exhibits preserved in our museum’s collection and reflecting Huseyn Javid’s creativity was demonstrated, the poet’s poems were played, and Fidan Jafarova’s paintings on Javid were exhibited.
Sevil Karimova, associate professor of the Department of Fine Art History and Theory of Azerbaijan State University of Culture and Arts, Doctor of Philosophy in Art Studies, Honored artist Vugar Aliyev, People’s Artist Mammadsafa Gasimov, artist Samadagha Jafarov and sculptor Kamran Asadov congratulated the young artist.
The audience consisted of artists, teachers of the Azerbaijan State University of Culture and Arts, museum employees and media representatives.
At the end, commemorative photos were taken.